Bahalaşma əleyhinə etiraz - Lənkəranda
12.01.2016 14:56 Sosreaksiya 2001
Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.
"Reaksiya" xəbər verir ki, bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib.
İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər: «Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyə etiraz edirlər».
***
Lənkəran İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı yaxın dəqiqələrdə geniş məlumat yayılacaq.
Şərhlər