Bakıda zavodda kütləvi zəhərlənmə - Fəhlələr xəstəxanaya yerləşdirildi

12.01.2016 15:00     Sosreaksiya     2104

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

"Reaksiya" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəm qardaşı 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

Araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar