Lənkəran İcra Hakimiyyətindən etiraz aksiyası ilə bağlı - Açıqlama
12.01.2016 15:35 Sosreaksiya 2058
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) KİV-də Liman şəhərində aksiya keçirilməsi barədə xəbərlərə münasibət bildirib.
"Reaksiya" xəbər verir ki, ŞİH-dən "Report"a bildirilib ki, 1 yanvar 2016-cı il tarixdə spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakini və ətrafa toplaşan vətəndaşlar buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər: "Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".
Şərhlər