İcra başçısı aksiya yerinə gəldi - VİDEO
12.01.2016 15:30 Sosreaksiya 1990
Xəbər verdiyimiz kimi Ağcabədi rayonunda aksiya keçirilir.
"Reaksiya" xəbər verir ki, Ağcabədi sakini Zamiq Yusifov Bizimyol.info-ya bildirdi ki, Ağcabədi rayonunda aksiyada iştirak edən şəxslərin əksəriyyəti məcburi köçkünlərdir.
Onlar qiymətlərin bahalaşmasına etiraz edirlər: "Təxminən 1500-2000 nəfər var. Yerli əhalidən də aksiyada iştirak edənlər var. Az öncə İcra başçısı da gəldi, ancaq o bizim halımıza yanası deyil.
Biz bura köçəndən bizə heç bir köməkliyi dəyməyib. Bayaq polislə askiyaya müdaxilə etməyə, bizi sakitləşdirməyə çalışdı. Ancaq insanlar hələ də burdadır".
Şərhlər