Bakı metrosunda dəhşətli intihar - YENİLƏNİB

13.01.2016 12:07     Sosreaksiya     2179

"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metrodakı intihar hadisəsilə bağlı məlumat yayıb.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, ölən şəxs 1982-ci il təvəllüdlü Qazax rayon sakini Aşurov Qoşqar Etibar oğludur.

Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində problem yoxdur.

11:43

Bakı Metropoliteninin Əhmədli stansiyasında dəhşətli hadisə baş verib.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki,  saat 11:10 radələrində bir nəfər özünü relslərin üzərinə atıb.

Hadisə saytın müxbirinin göz qarşısında baş verib. Hadisənin şahidinin dediklərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, artıq intihar edən gəncin meyiti relslərdən çıxarılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər

Çox oxunanlar