Yol qəzasında iki nəfər öldü - Bakıda

13.01.2016 13:38     Sosreaksiya     2020

Bakıda ağır yol qəzası baş verib.

"Reaksiya" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yanvarın 12-də saat 07 radələrində Binəqədi qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Rasim Şahverdiyevin idarə etdiyi “Opel” və Bakı şəhər sakini Pərviz Hüseynovun idarə etdiyi “KRAZ” markalı avtomobillər toqquşub. Nəticədə R.Şahverdiyevin sərnişənləri, həmyerliləri Maral Əzizova və Mirasim Ağayev hadisə yerində ölüb, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Şərhlər