Bahalaşan kənd təsərrüfatı məhsullarının - Siyahısı

13.01.2016 14:05     Sosreaksiya     1886

2015-ci ilin dekabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2% bahalaşıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4% bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşıb, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb.

Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Şərhlər

Çox oxunanlar