Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı
13.01.2016 15:15 Sosreaksiya 1909
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
"Reaksiya" Xeberler.az-a istinadən xəbər verir ki, bir müddət öncə Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da, bu barədə məlumat verilməyib.
Bəxtiyar Məmmədov 2005 –ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb.
RYTN-in Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.
Şərhlər