“Twitter”də canlı yayım başlayır

13.01.2016 15:57     Sosreaksiya     2244

“Periscope” platformasını satın alan “Twitter” öz istifadəçilərinə canlı yayım imkanı yaratmağa hazırlaşır.

"Reaksiya" AzərTac-a istinadən xəbər verir ki, yaxın vaxtlarda həyata keçiriləcək yeni funksiya əsasında “Twitter”də foto və video kimi canlı yayımı da paylaşmaq mümkün olacaq. İstifadəçilər hər hansı bir yerə “tıklamadan” bu yayımı izləyə biləcəklər. Yeni funksiyanın istifadəyə verilmə vaxtı bəlli deyil.

Şərhlər