DİN-dən məktəbə bibər qazının atılması xəbərinə - Reaksiya

13.01.2016 17:01     Sosreaksiya     1860

Bu gün sosial şəbəkələrdə və bir neçə saytlarda Siyəzəndə aksiya zamanı məktəbə bibər qazı atılması və şagirdlərin zəhərlənməsi barədə məlumat yayılıb.

"Reaksiya" xəbər verir ki, “Qafqazinfo” məsələni aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, rayonda şagird deyil, valideyni zədələnib: “Siyəzəndə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərən bir qrup sakin davranışları ilə ətrafdakı dinc insanların həyatı üçün təhlükə yaradıblar.

Aksiya iştirakçılarının atdığı daşlardan biri azyaşlını məktəbə aparan gənc xanıma dəyib və o, ciddi xəsarət alaraq yerə yıxılıb.

Dərhal iki polis əməkdaşı yaralı xanımı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıb”.

Qeyd edək ki, bu gün Siyəzən rayonunda qiymətin süni bahalaşmasına görə bir qrup sakin etiraz askiyası keçirib.

Şərhlər

Çox oxunanlar