21 yaşlı qız yoxa çıxdı - Tovuzda

13.01.2016 17:11     Sosreaksiya     2245

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları  hadisə yerində araşdırma aparırlar.

Şərhlər