Cahangir Hacıyevlə bağlı yeni xəbər
13.01.2016 17:16 Sosreaksiya 1796
Ötən il dekabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasından istintaq hərəkətləri ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev hələ təcridxanaya geri qaytarılmayib.
"Reaksiya" xəbər verir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, müvəkkili 10 gün müddətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, hələ təcridxanaya qaytarılmayıb: "Bununla bağlı artıq Nərimanov rayon məhkəməsinə müraciət etmişik. Yanvarın 18-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə iddiamıza baxılacaq".
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər