Səfirliyin əməkdaşı qəzaya düşdü

13.01.2016 17:20     Sosreaksiya     2031

Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəzaya düşüb.

"Reaksiya" report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Rayonun Z.Tağıyev küçəsində Bakı şəhər sakini Fuad Əliquliyev idarə etdiyi Braziliya səfirliyinə məxsus “Toyota” markalı avtomobillə qəza törədib. Səfirlik maşını Bakı sakini Ədalət Feyziyevə məxsus “Mercedes” markalı avtomobili vurub. Qəza zamanı “Mercedes” markalı avtomobil ciddi zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar