AXCP və Müsavat Partiyası Lənkəran təşkilatlarının sədrləri həbs olundular

13.01.2016 17:45     Sosreaksiya     1795

 AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarı verilib.

Lənkəran Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi ilə (Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) ittiham olunaraq, yanvarın 13-də barələrində 30 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.

 

Şərhlər

Çox oxunanlar