Hərbi yönümlü QHT-lər bəyanat yaydı
13.01.2016 18:12 Sosreaksiya 1907
“Əfsuslar olsun ki, son vaxtlar bəzi bədxah qüvvələr öz xəbis maraqlarını dövlətçilik mənafelərindən üstün tutaraq, xalqımızın bır sıra layiqli, fədakar oğullarını - ordumuzun ali zabit heyətini hədəf seçib, onların əleyhinə böhtan, qarayaxma kampaniyası başlayıblar. Vətənimiz üçün taleyüklü dönəmdə Azərbaycan Silahlı Qüvvələrinin gündən-günə daha da möhkəmlənməsini, orduda aparılan müsbət islahatları gözü götürməyən həmin qara qüvvələr yüksəkrütbəli zabitlərimizə müxtəlif iftiralar atmaqla həm onların hərbçi nüfuzunu aşağı salmaq, həm də ümumən ordumuz haqqında mənfi rəy formalaşdırmaq niyyəti güdürlər”.
Bu fikirlər Azərbaycanda fəliyyət göstərən Hərbiyönümlü QHT-lərin birgə bəyanatında öz əksini tapıb. Bəyanatda bu da qeyd olunur ki, ordumuzun yüksəkrütbəli zabitləri barədə hədyanlar uydurub yayan bəzi dairələr bütövlükdə Silahlı Qüvvələrimizə münasibətdə qızışdırıcılıq, fitnəkarlq törətmək kimi çirkin məqsədlərə qulluq edirlər. Bütün bu cəhdlər isə dövlətçilik prinsiplərinə qəti şəkildə zidd olmaqla yanaşı, Azərbaycan ordusu ilə cəmiyyət arasında mənəvi uçurum, çaşqınlıq yaratmağa hesablanmış yolverilməz addımlardır. Silahlı Qüvvələrimizə qarşı qərəzli kampaniya aparan qüvvələr bilməlidir ki, Azərbaycan Respublikasının müdafiə qüdrətinin və ordunun döyüş qabiliyyətinin artırılması məqsədilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yeni quruculuq mərhələsi uğurla gerçəkləşdirlir və aparılan uğurlu işlər nəticəsində həm də cəmiyyət-ordu münasibətləri daha möhkəm bir zəmində inkişaf edirlənməsinə nail olunub”.
Bəyanatda qeyd edildiyinə görə, son zamanlar ordu quruculuq prosesi və onun döyüş qabiliyyətinin artırılması istiqamətində yeni uğurlar əldə edilib və hazırda bu proses daha yüksək səviyyədə davam etdirilir. Azərbaycan ordusunun ali zabit heyətinə qarşı aparılan qarayaxma kampaniyası Hərbyönümlü QHT-lərin bəyanatında qəti şəkildə pislənməklə yanaşı, bu yöndəki cəhdlərə son qoyulması, ordu-cəmiyyət münasibətlərini pozmağa hesablanan hərəkətlərdən çəkinilməsi tələb olunur.
1. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası
3. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
4. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi
5. Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı
6. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
7. “Əsgər Anaları” Şurası
8. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti
9. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
10. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
11. “Əsgər Ailəsi” Cəmiyyəti
12. Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”
13. Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi
14. Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi
15. Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai BirliyiHƏRBİ YÖNÜMLÜ QHT-lər BƏYANAT YAYIB
Şərhlər