5 nəfər dəm qazından boğularaq öldü

14.01.2016 11:10     Sosreaksiya     1829

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Birsk şəhərində çoxmənzilli evdə 3-ü uşaq olmaqla, 5 nəfər dəm qazından boğulub.

"Reaksiya"nın APA-ya istinadən verdiyi məlumata görə, bu gecə qonşular kəskin qaz iyi səbəbi ilə fövqəladə xidmətə müraciət ediblər. Hadisə yerinə gələn heyət mənzillərdən birindən 5 nəfərin meyitini tapıb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi faktla bağlı araşdırma aparır. 

Şərhlər