"Terrorda ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" - RƏSMİ

14.01.2016 11:57     Sosreaksiya     1511

“İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar yerli dövlət qurumları ilə təmasdadır: “Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Səfirlikdə 30-a yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır”.

Xatırladaq ki, bu gün səhər saatlarında İndoneziyanın Cakarta şəhərində müxtəlif yerlərdə baş verən partlayışlar zamanı 6 nəfər ölüb.

Şərhlər

Çox oxunanlar