Nazirin qardaşı işdən çıxarıldı

14.01.2016 13:19     Sosreaksiya     2024

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov işdən çıxarılıb. İ.Məmmədov Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi işləyirdi.

"Reaksiya" xəbər verir ki, rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İ.Məmmədov yanvarın 13-də “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilib.

Şərhlər