Sabirabadda kişi özünü güllələdi - Meşədə

14.01.2016 13:12     Sosreaksiya     2079

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

"Reaksiya" xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yanvarın 12-də Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.

Meşə zolağında kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-K” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.

Şərhlər