Bu yolda nəqliyyatın hərəkəti dəyişə bilər
14.01.2016 13:49 Sosreaksiya 1750
"Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilə bilər".
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
"Sözügedən dairədə üçbucaq formasında olan adacığın dəyişdirilərək başqa formada olması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışıq. Biz bu təklifimizlə həmin ərazinin yüklənməsini azaltmaq və nəqliyyat vasitələrinin daha rahat şəkildə digər istiqamətlərdə hərəkətini bərpa etmək istəyirik", - deyə Ş. Mehmanqızı bildirib.
Bundan başqa, qurum rəsmisi bildirib ki, NİİM aidiyyatı qurumlara ümumilikdə 70-ə yaxın təklif irəli sürüb, onlardan 30-u icra olunub, digərləri isə icra olunmaqdadır.
Şərhlər