Fermadan 160 qoyun oğurlandı - Füzulidə

14.01.2016 14:49     Sosreaksiya     2403

Füzuli rayonunda fermadan çoxlu qoyun oğurlanıb.

"Reaksiya" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yanvarın 13-nə keçən gecə rayonun Qayıdış qəsəbəsində baş verib.

Beyləqan rayon sakini Fikrət Zamanova məxsus fermadan 160 baş qoyun oğurlanıb.

Hadisəni törətmiş Beyləqan rayon sakini Qədir Sarıyev və Ağcabədi rayon sakini Anar Alızadə Ağdam RPŞ əməkdaşları tərəfindən tutulub və Füzuli RPŞ-yə təhvil verilib.

Şərhlər