Diqqətli olun, kassada sizi aldada bilərlər... - VİDEO

14.01.2016 15:10     Sosreaksiya     1921

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti marketlərdə baş verən bahalaşma ilə bağlı açıqlama verib.

"Reaksiya" "Qafqazinfo"ya istinadən xəbər verir ki, xidmətin şöbə müdiri Şahin Nağıyev AzTV-yə müsahibəsində qeyd edib ki, əgər hər hansı bir müəssisə tərəfindən əsassız olaraq qiymət artımına yol verilirsə, istehsalın həcmi dəyişilirsə, mallar məqsədli şəkildə dövriyyədən çıxarılırsa, bu, ilkin növbədə özünü istehlak bazarında göstərəcək: “Hazırda aparılan monitorinqlərin nəticələri təhlil edilir. Təhlillər zamanı hər hansı neqativ hallar müşahidə edildiyi təqdirdə neqativ halların səbəblərini yaradan təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən sərt cəza tədbirləri görüləcək”.

Paytaxt marketlədinin marketinq şöbəsinin müdiri Anar Putayev isə bildirib ki, rəf qiyməti ilə kassa qiyməti arasında fərqlilik yarandıqda, müştəri daha ucuz olanını ala bilər.

Şərhlər

Çox oxunanlar