Nazir vətəndaşları qəbul edəcək - Qubada
14.01.2016 15:42 Sosreaksiya 1683
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Quba - 050-200-27-37;
070-202-27-37
Qusar - 055-435-76-16;
070-317-24-13
Siyəzən - 050-569-43-76
Şabran - 050-351-79-05;
055-612-26-62
Xaçmaz - 050-270-80-60
Şərhlər