"Bəzi məmurlar vətənə xəyanət edib" - "İrəli" sədri
14.01.2016 17:02 Sosreaksiya 1931
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov dollarla verilən kreditlərin qaytarılması məsələsi ilə bağlı fikir bildirərək məmurların vətənə xəyanət etdiyini deyib.
"Reaksiya"nın qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, M.Həsənov qeyd edib ki, 10 min dollara kimi krediti olan vətəndaşlar borclarını 1,05 məzənnə ilə geri qaytarılması addımı məncə çox doğru addımdır: “Çünki istehlak kreditindən istifadə edən şəxslərin bir çoxunun krediti məhz bu civardadır. Mərkəzi Bank yəqin ki, bundan böyük həcmli kreditorların borclarının ödənilməsinə görə xüsusi kompensasiyalar ayıracaqdır. Çünki 10.000-dən yuxarı olan kreditlər daha çox biznes məqsədi ilə istifadə olunan növlərdir. Bir bunu bilirəm, Vətənə xəyanət edib sahibkarların cibinə girən "məmur"lar ölkə xaricinə çıxardığı pulların bir qisminin qaytarılmasına nail olsaq, istehlak krediti olan bəlkə 10 minlərlə şəxsin borcu ödənmiş olar”.
İB sədri Cəbrayılın icra başçısı Mahmud Quliyevin vətəndaşları təhqir etməsinə münasibət bildirərkən buna ironik şərh bildirib: “İcra başçısının normal olaraq etik davranış qaydasının olmaması normaldır. Çünki bizim cəmiyyətdə müəllim şagirdi döyməklə məşğuldur. Məhz bu səbəbdən dəbdəbəli toylara gedə bilməyənlər, AZAL-ı boykot edir və övladlarını rus dilli dayələrə, müəllimlərə etibar edirlər”.
Şərhlər