5 yaşlı uşaq sirkə turşusu içdi - Şəkidə
15.01.2016 10:08 Sosreaksiya 2012
Şəkidə 5 yaşlı uşaq sirkə turşusundan zəhərlənib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-dэ saat 15 radələrində rayonun Kiş kəndində qeydə alınıb.
Evdə nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Uğur Mənsur oğlu Şirinov soyuducudan sirkə turşusu götürərək içib.
Azyaşlı valideynləri tərəfindən Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər