Üç gün əvvəl itkin düşən 21 yaşlı qız tapılıb

15.01.2016 10:31     Sosreaksiya     2405

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

"Reaksiya" xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

Şərhlər