Deputat "Azersun"u monopolist şirkət adlandırdı
15.01.2016 11:35 Sosreaksiya 1978
Azərbaycanda devalvasiyadan sonra məhsulların qiymətlərində artımlar oldu
Ölkə rəhbərliyi ən yüksək tribunadan süni qiymət artımlarına qarşı sözün əsl mənasında müharibə elan etdi.
Bəzi şirkətlər qiymətləri cüzi qaldırdığını bildirsə də, marketlərdə bunun tam əksini gördük.
"Reaksiya" xəbər verir ki, millət vəkili Zahid Oruc qida sənayesi və ölkədəki qida inhisarçıları barədə Ölkə.Az-a açıqlama verib:
"Bizim hər birimizə bəllidir ki, müxətlif qurumların, şirkətlərin, holdinqlərin daxili bazardakı qiymət siyasətinə diqtə edici yöndə təsir imkanları var. Onlar rəqabətdənkənar qiymətləri, qiymət məzənnələrini müəyyənləşdirirlər.
"Azersun" şirkətinin qida sənayesində hansı inhisarçı mövqeni qazandığını hər kəs bilir. Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. "Azersun" düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər.
Baxın, sizə vacib bir şey deyim. Azərbaycanın cənub bölgəsində münbit torpaqları əhatə edən bir müəssisə var idi. Sadə vətəndaşlarımız da min hektarlarla yeri əkib becərir, məhsullarını yetişdirib həmin müəssisənin zavoduna verirdilər. Zavod da yaxşı məhsullar istehsal edir, insanlarımız da keyfiyyətli məhsullardan istifadə edirdi. Günün brində "Azersun"un monopolist mevqeyi o müəssisənin iflasına səbəb oldu. Zavodu sıxışdırıb iflas etdirdikdən sonra o ərazilər də, əkilməmiş qaldı. Minlərlə insan da qazanclarından məhrum oldu. İşsizlikdən o insanlar paytaxta üz tutub. Bakı şəhərinin onsuzda əmək və məzil bazarındakı gərginliyi biraz da ağırlaşdırdılar. Sakinlər yerli büdcənin formalaşmasında iştirak edə bilmirlər. Həmçinin bizlər də keyfiyyətli məhsuldan məhrum olduq.
Əvəzində nə oldu? "Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat"ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir. Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azersun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30% bahalaşma elan edirik. Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azersun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azersun" omasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?"
Şərhlər