Tanınmış şirkətin satış meneceri həbs edildi

15.01.2016 11:49     Sosreaksiya     2024

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Reaksiya"nın reporta istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, N.Axundov Veysəloğlu MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətiimkan tədbiri seçilməyib.

Şərhlər

Çox oxunanlar