"Qiymət artıranları cəzalandırsınlar" - İlahiyyatçı-alimdən açıqlama

15.01.2016 12:10     Sosreaksiya     2399

Bunu "Reaksiya"ya açıqlamasında ilahiyyatçı-alim Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, qiymətləri qaldırmaq dinimizə görə icazəli sayılmır: "Əgər siz dolların bahalaşmasını bəhanə edirsizsə bahalaşmadan əvvəl aldığınız qiymətə uyğun malınızı satın. Dollar bahalaşdıqdan sonra aldığınız malın qiymətini qaldırarsınız. Bu etdiyiniz isə ədalətsizlikdir. Bunu dəfələrlə sosial şəbəkələrdə soruşublar ki, biz mallarımızı necə sataq? Bahalaşmadan əvvəl aldığımız qiymətə, yoxsa dolların qalxmasından sonra aldığımız qiymətə uyğun bahalı sataq. Bunun cavabı çox sadədir ki, siz dolların bahalaşmasından əvvəl aldığınız malı köhnə qiymətlə satın. Əgər dollar bahalaşdıqdan sonra malı almısınızsa onda yeni qiymətə uyğun riayət edərsiniz. Üstəlik yerli malları niyə bahalaşdırırsız. Sanki bir fürsət gözləyirsiz ki, nəyisə bəhanə edib yerli malları da qaldırarsınız. Belə ticarət halal sayılmır. Axı bizim yerli malların dollarla nə əlaqəsi var? Qiyməti özbaşına artırmaq dinimizə görə qadağan olunmuşdur. Necə ki, Peyğəmbərin sevimli və imanlı səhabələrindən biri olan Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: - Mədinədə camaat Peyğəmbərə belə dedilər: - Ya Rəsulullah! Qiymətlər qalxdı, bizə malların qiymətini müəyyən et (yəni, bizə malların qiymətlərini müəyyənləşdir ki, biz həmin malları sizin təyin etdiyiniz qiymətlə sataq). Onlar belə dedikdə Allah Rəsulu (ona və ailəsinə salam olsun) onlara belə cavab verdi: - Qiymətləri təyin edən, darlıq və genişlik verən, ruziləndirən yalnız Allahdır. Sizlərdən heç kim malına və canına yönələn bir zülm səbəbi ilə məndən şikayətçi olmadığı halda mən Allaha qovuşmaq istəyirəm!". Bu hədis ən məşhur hədis kitablarında rəvayət olunub. Bütün hədis alimləri bu hədisə səhih və etibralı hədis deyiblər. Bu hədisdən başa düşürük ki, Allah Rəsulu (ona və ailəsinə salam olsun) qiymətləri qaldırmaq istəyən bəzi səhabələr etiraz etmişdir. Onlara qiyməti qaldırmağı qadağan etmişdir. Hətta bildirmişdir ki, mən bunu etsəm Allah yanında günahkar olaram. Belə deyən bir peyğəmbərin ümməti hansı əsasla bu gün fürsət bilib qiymətləri qaldırırlar. İslam iqtisadiyyatında prinsip budur ki, bazar rəqabət şərtlərinə uyğun tənzimlənməlidir. Kimsənin, hətta vəzifəcə hamıdan üstün bir şəxsin belə bazardan kənar qiymət qaldırması onun üçün günah sayılır. Məhz bu səbəblə Peyğəmbər özü belə qiymətləri qaldırmağı qadağan etmiş, onu bazarın dövrüyyəsinə həvalə etmişdir. Qiymət qaldıranları isə sərt cəzalandırmışdır. Bu gün insnaların maddi vəziyyətini nəzərə almayan hər bir süni qiymət qaldıranları da cəzalandırmaq lazımdır ki, digər insanlara dərs olsun!"

Şərhlər

Çox oxunanlar