Ölümdən sonra həyat varmı???

30.05.2015 01:50     Sosreaksiya     4213

Hər bir insanın kamillyi onun ruhuna və nəfsinə bağlıdır.İnsanda bədən yalnız cisimdir yəni maddi varlıqdır. Cismin aradan getməsi Ruhun aradan getməsi deyildir.çünki cism maddi varlıq,ruh isə əbədi məfhumdur. Əgər ruhu və cismi maddi varlıq kimi düşünsək bu zaman hər iki mefhum ölüm zamanı aradan getmiş olar. Yəni, bu cür düşünən şəxsiyyət bədəninin ardan getməsi ilə Ruhununda ölməsinə inanacaqdır. Belə düşünən əqidə sahibləri ölümdən sonrakı həyat barəsində heç bir təsəvvürə malik ola bilməzlər. Ruh mücərrəd bir varlıqdır.Necəki arzuya,eşqə,sevgiyə,xəyala toxuna bilmirik yalnız onu hiss etməyi bacarırıq,eləcədə Ruha toxunmaq imkanımız yoxdur.lakin onu hiss etmə bacarığımız vardır. Ruha və ölümdən sonrakı həyata (axirete) inanmayanlar mücərrəd varlıqları qəbul etməyən şəxslərdir. İnsanın sevgisi,arzusu,xeyalı,eşqi,nəfsi,kamilliyi yalnız onun ruhunda cəmlənmişdir. Bunlar insan bədənində ve cismində birləşsəydi o zaman onlara toxunma imkanımız mümkün olardı. Ən qədim zamandan bəri filosoflar ruh haqqında öz araşdırmalarını aparmışlar. Ancaq ən geniş araşdırmanı müsəlman alimləri aparmış bu mövzuya daha diqqətli və məqsədyönlü yanaşmışlar.Məsəslən,İbn Sina qeyd edib ki, insanın ruhu ölməzdir. Quran da isə Ruh haqqında belə buyurulub;(Ya Rəsulum de)sizə müvəkkil olan ölüm mələyi (Əzrayıl)canınızı alacaqdır.Sonra da (qiyamət günü) rebbinizin hüzuruna qaytarılacaqsınız.(Səcdə surəsi 11ci ayə). Buradan anlamaq çox asandır ki, bədən torpağa çevrilir,tez bir zamanda sıradan çıxır,ancaq Ruh olduğu kimi qalır və qiyamət günü Allahın hüzuruna yalnız ruhunla çıxırsan. İnsan bədəni özünün hissi orqanları ilə dərk edilən maddi varlıqdır və bu varlıq cism olan traktor mexanizmi kimi öncə yeni - tazə şəkildə olur,daha sonra isə köhnəlməyə başlayır.Həmçinin insan bədənidə müxtəlif şəkillər alır;Gənc olur, yaşlanır,müxtəlif xəstəliklər törənir.Lakin Bunların heç biri ruhda öz əksini tapmır.İnsan xəstə halı ilə belə seve bilər,xəyal edər,kamilliyin ən yüksək zirvəsinə çata bilər.Bu onun dəlilidir ki, Ruh dəyişmir o nə təzələnir,nə də köhnəlir.O, əbədiyyətin məfhumudur.Ruh daima yaşayır və mövcuddur.Onun mövcudluğu isə ölümdən sonra həyatın(axiret) olmasının əsil dəlili və sübutudur. Ruh elə bir varlıqdır ki, yaşayır və dəyişmir.Bədən üzvüləri isə dəfələrlə dəyişir.Bədən üzvüləri bir neçə yerə bölünür ancaq Ruh bölünmür. Qurani – kərimə görə; Ruh inkar edilməzdir.Hətta Allah Ruhu özünə nisbət vermişdir. “Ona öz ruhumdan üfürdüm” (Səcdə surəsi ayə 9). Quran Zümər surəsi 42 ci ayə: Ölüm zamanı insanların ruhunu tamamilə,Ölməmiş kəsdən isə yuxuda Alan Allahdır.Beləliklə,Ölmünü qətiləşdirdiyi ruhunu saxlayır o birini isə Müəyyən müddətədək göndərir.Şübhəsiz bunda düşünənlər üçün nişanələr vardır. Qurani-Kərimdə 2000 dən artıq ayələrdə axirət həyatından yəni ölümdən sonrakı Həyat haqqında danışılmışdır.Allah ölüləri bu cür dirildir və öz nişanələrini sizə göstərir ki bəlkə düşünəsiniz.(Bəqəqrə surəsi ayə 67.73).

Biraz diqqətlə həyat tərzimizə fikir versək, görəcəyik ki, biz yalnız seçim və sınaq məkanındayıq.Hətta bir adam bir neçə insanı öldürə bilər,ancaq o adam yalnız bir dəfə cəzaya məruz qalar.Ya haqqında höküm çıxarılaraq məsuliyyətə cəlb olunar, ya da müəyyən ölkələrdə qalan ölüm cəzasına məhkum olar.beləliklə, o, öz cəzasını yetəri qədər almış olmaz. Və ya Anamız bizi dünyaya gətirər,böyüdər təhsil verər,cəmiyyətə yaralı şəxsiyyət olar ve cəmiyyətə yararlı şəxsiyyət yetişdirər bizsə yalnız bu illər erzində onun bizə sərf etdiyi mühüm və sevgi dolu həyatın cəmi 3-4 və ya 10 ilini də ödəsək kifayət etməz.Bu mənfi və müsbət fonların nəticəsində həyatın necə edalətsiz olmasının bir daha şahidi oluruq.Deməli,yuxarıda qeyd etdiyimiz kimi bu həyat sınaq meydanıdır həmçinin ədalətsizdir.Allah isə Ədalətlidir.Buna görədə biz yalnız cisimdən və quru beyindən ibarət varlıq deyilik.bizim ruhumuz və əbədiyyətimiz vardır.O əbədiyyət ölümdən sonra mövcud olan dünyadır.Məhs o dünya mükafat və cəza dünyasıdır. Beləliklə,bütün şəxslər anlamalıdır ki, Ölumdən sonra həyat vardır.Bunu mən yox,Quran vasitəsi ilə Allah-Təala dəfələrlə israr edir.

 

Arzu HƏSƏNZADƏ

"Reaksiya.az"

Şərhlər

Çox oxunanlar