Rusiya yeni əməliyyat sistemi yaradıb

29.06.2015 02:30     Sosreaksiya     3397

Rusiyanın “Windows”a qarşı yaratdığı yeni əməliyyat sistemində nələr var?

Qərbin əməliyyat sistemlərindən bezən Rusiya “Windows”a alternativ olaraq öz açıq qaynaq kodlu əməliyyat sistemi “ReactOS”u yaradıb. “ReactOS”, Rusiya tərəfindən rəsmi olaraq dəstəklənir və ölkənin rəsmi əməliyyat sistemi kimi qəbul edilir.

İllərdir inkişaf etdirilən əməliyyat sisteminin böyük texnoloji inkişaflar qeyd etdiyini danmaq mümkün deyil. Hazırda 2003-cü ildə bazara çıxarılan “Windows Server 2003”ilə eynilik təşkil edən “ReactOS”, təxminən 12 il geridə qalsa da, Rusiyada “Windows”a alternativ kimi təqdim olunur.

Qeyd edək ki, "İqtisadi inkişafı zəmanət altına almaqla bağlı milli proqram" çərçivəsində Rusiyada Linux əsaslı iki əməliyyat sistemi daha yaradılıb.

Şərhlər

Çox oxunanlar