“Günəşli” yatağında daha bir quyuda yanğın söndürüldü
15.01.2016 16:26 Sosreaksiya 2024
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tədbirləri davam etdirir.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, qaz quyularından birində yanğın söndürülüb.
Digər quyularda yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində ümumilikdə 7 nəfər ölüb, 29 nəfər itkin düşüb.
Qəza nəticəsində "Günəşli" yatağında 2 neft, 4 qaz quyusuna yanğın keçib. Bundan öncə, görülən tədbirlər nəticəsində hər 2 neft quyusu, o cümlədən 1 qaz quyusu söndürülüb. Hazırda 2 qaz quyusu yanır.
Şərhlər