Gəlinini öldürən 84 yaşlı kişinin məhkəməsi yekunlaşdı
16.01.2016 11:09 Sosreaksiya 2210
Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini güllələyərək qətlə yetirən 84 yaşlı Amaxan Nəcəfovun işi üzrə məhkəmə prosesi keçirilib.
"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə prosesi yanvarın 22-nə təyin olunub. Növbəti prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyəcək.
Xatırladaq ki, hadisə bu il iyulun 24-də Qusar rayonunun Avaran kəndində baş verib. Kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngindən atəş açaraq öldürüb. Bununla kifayətlənməyən qayınata mətbəx bıçağı ilə gəlninin başını da kəsib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla törədildikdə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Şərhlər