Bakıda dəm qazından zəhərlənmə - 1 ölü, 2 yaralı

16.01.2016 17:37     Sosreaksiya     2168

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Reaksiya" nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından boğularaq, öldüyü, digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyənləşdirilib. Əməliyyat saat 14:03-də başa çatılb. 

Şərhlər