Kredit borcuna görə intihar etməyin: ailənizdən ala bilərlər…

17.01.2016 14:01     Sosreaksiya     1348

“Virtualaz.org” saytı kredit borcuna görə intihar edənlərə və həmin borcların sonrakı taleyi ilə bağlı məsələyə diqqət çəkir:

Məsələni sayta şərh edən ekspert Azər Məmmədovdeyir ki, intihar və ya hansısa səbəbdən ölən şəxsin banka borcu silinmir, həmin borc kredit götürənin girov qoyduğu əmanətin satılması hesabına banka ödənilir:

“Ailə krediti ödəməkdən imtina edirsə, girov qoyulan əmlak satılaraq kredit ödənilir. Girov satılandan sonra kredit tam ödənilmirsə, ailə qalan borcu ödəməlidir”.

Lakin vəkil Əkrəm Həsənov isə fərqi düşünür. Onun fikrincə, vəfat etmiş borclunun krediti onun əmlakı hesabına ödənilməlidir:

“Bankların kreditin ödənilməsini mərhumun ailə üzvlərindən tələb etməsi qanunsuzdur. Mərhumun əmlakı yoxdursa, yaxınları və ya ailəsi kredit ödəməməlidir. Borcu olanlar intihar və bu kimi fikilərə düşməsinlər. Çünki borca görə həbs və ya digər cəza tətbiq edilə bilməz".

AZƏRBAYCANDA ÖVLADLIĞA UŞAQ GÖTÜRƏNLƏR AZALIR...

ANSPress saytı Azərbaycanda internat məktəblərindən övladlığa uşaq götürənlərin sayı azaldığını yazır.

Sayt yazır ki, bu uşaq götürərkən ailə büdcəsinin çox hesablaması, həmçinin şərtlərin nisbətən çətin olması ilə əlaqədardır:

“Azərbaycanda övladlığa əsasən, 14 yaşına qədər olan uşaqlar verilir. 14 yaşından sonra uşaqların ailələrə verilməsi çətin məsələdir. Bunun üçün şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, nigah haqqında arayış təqdim olunmalıdır. Əməkhaqqı övladlığa götürülən uşaqla birlikdə (3 nəfər üçün) 1170 manat olmalıdır. Uşaq götürməyə gələnlərə şəkillər təqdim olunur. Əgər cütlüklər tam qərar verirsə, onda uşaq onlara göstərilir. Amma 6 ay həmin ailə nəzarətimiz altında olur, daha sonra lazım olarsa, uşaq birdəfəlik ailəyə verilir”.

MANATIN MƏZƏNNƏSİNİN DƏYİŞDİRİLMƏSİ...

Manat dekabrın 21-də ikinci dəfə devalasiya olduManat dekabrın 21-də ikinci dəfə devalasiya oldu

“Azərbaycan” qəzeti yazır ki, manatın məzənnəsinin dəyişdirilməsi milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədi daşıyır. 

Manatın məzənnəsinin korreksiyası, həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəldiyini yazan qəzet milli manatın dollara nisbətən dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət etdiyini bildirir.

Şərhlər

Çox oxunanlar