Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb

18.01.2016 10:32     Sosreaksiya     1932

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxla­nıl­ıb.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, onların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqla­deş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycana gətirmək istəyərkən yaxalanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Şərhlər

Çox oxunanlar