Binə ticarət mərkəzində aksiya keçirilir

18.01.2016 11:31     Sosreaksiya     1909

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilir. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən tacirlərdir. 
 
Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır. 
 
Şikayətçi sahibkarların musavat.com-a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq:"Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik". 
 
 
 
 

Şərhlər

Çox oxunanlar