19 yaşlı qız özünü asdı - Göyçayda
18.01.2016 11:42 Sosreaksiya 2032
Göyçay rayonunda intihar hadisəsi baş verib.
"Reaksiya"nın APA-ya istinadən xəbərinə görə, hadisə Göyçay şəhərinin N. Nərimanov küçəsindəki 130 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Yusifli Aytac Kamil qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. 19 yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər