Cəlilabadlılar etiraz edir - FOTOLAR-YENİLƏNİB

18.01.2016 13:17     Sosreaksiya     1850

Cəlilabadda etirazçılar İcra Hakimiyyətinin iclas zalında toplaşmaqla bağlı icra başçısının təklifini qəbul ediblər. Zala toplaşan etirazçılar icra başçısına şikayətlərini çatdırıblar. Şikayətlər əsasən bahalıq, işsizlik, ünvanlı sosial yardımlar və bank kreditləri ilə bağlı olub.

"Reaksiya" azadliq.info-ya istinadən xəbər verir ki, icra başçısı ünvanlı sosial yarımla bağlı şikayətləri araşdırıb həll edəcəyinə vəd verib. Bank kreditləri ilə bağlı hökumətin qərarını gözləməyi tövsiyə edib. Bahalaşma ilə bağlı isə bildirib ki, qiymət artımına yol verməmək üçün nəzarəti gücləndirəcəklər.

İcra başçısı qaldırılan problemlərin həlli istiqamətində tədbirlər üçün sakinlərdən bir neçə gün möhlət istəyib.

***

Cəlilabad rayon sakinləri yanvarın 18-də etiraz aksiyasına başlayıb. "Reaksiya" bu barədə azadliq.info-ya istinadən xəbər verir. Sakinlər rayon mərkəzində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşıb. Onlar işsizliyə, bahalığa və sosial yardımların verilməsində baş verən rüşvətxorluğa etiraz edirlər. Hadisə yerinə gələn rayon icra başçısı Əziz Əzizovun aksiyaçıları sakitləşdirməyə çalışdığı bildirilir. Əziz Əzizov sakinləri qapalı zala yığmaq istəsə də, insanların çoxluğu buna mane olub.

Şərhlər

Çox oxunanlar