Hesablama Palatası və Dövlət Gömrük Komitəsi razılaşdı
18.01.2016 12:39 Sosreaksiya 1803
Hesablama Palatası və Dövlət Gömrük Komitəsi (DGK) arasında Razılaşma Memorandumu imzalanıb.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, sənəd palatanın və komitənin Azərbaycanın iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədilə imzalanıb.
Memorandumun əsas məqsədi Hesablama Palatasına və DGK-yə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin koordinasiyası və əməkdaşlığının gücləndirilməsidir.
Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.
Şərhlər