Güclü külək Qubanın bir hissəsini işıqsız qoydu

19.01.2016 10:15     Sosreaksiya     1925

Ötən gün axşam saatlarından başlayaraq, davam edən güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki,ən böyük ziyan rayonun elektrik təsərrüfatına dəyib. 

Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişi dayandırılıb. O bildirib ki, dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür. 

Şərhlər

Çox oxunanlar