Məşhur tikinti şirkəti dələduzluqda ittiham olundu
19.01.2016 10:52 Sosreaksiya 2243
“Nehrəm” MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
"Reaksiya" “Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.
Şərhlər