Azərbaycanlı general öldü - “Donuz qripi“ndən

19.01.2016 15:11     Sosreaksiya     2021

Azərbaycanlı general-mayor "donuz qripi"ndən vəfat edib.

"Reaksiya" Qaynar.info-ya istinadən xəbər verir ki, hadisə Ukraynada baş verib.

Uzun illərdir bu ölkədə yaşayan və general-mayor rütbəsi daşıyan Namiq (soyadını dəqiqləşdirə bilmədik) adlı həmyerlimiz ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun 45-50 yaşlarında olduğu bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, bir müddət əvvəl general-mayorun oğluna "donuz qripi" diaqnozu qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olub.

Şərhlər

Çox oxunanlar