Ziya Məmmədovun şirkətinin qarşısında aksiya

19.01.2016 15:13     Sosreaksiya     2013

“28 May” metrosunun yaxınlığındakı yeraltı keçiddə ticarətlə məşğul olan bir qrup sahibkar “Garant Holding”in qarşısında aksiyaya başlayıb.

"Reaksiya" azadlıq.info-ya istinadən xəbər verir ki, sahibkarlar arenda haqlarının aşağı salınmasını tələb edir.

Onlar mövcud şərtlərlə işləməyin mümkünsüz olduğunu bildirir. Özünü keçiddəki dükanların rəhbəri kimi təqdim edən Anar adlı şəxs isə şirkətin qarşısına toplaşan sahibkarları dinləyib və heç bir endirim olmayacağını bildirib.

Ziya Məmmədovun şirkətinin qarşısında aksiya

 

Şərhlər

Çox oxunanlar