Natiq Kərimov azadlığa buraxıldı
19.01.2016 21:03 Sosreaksiya 2306
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həbsdən azad edilib.
Musavat.com-un əldə etdiyi son məlumata görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanıldığı DTX-nın təcridxanasından sərbəst buraxılıb.
Bu barədə məlumatı onun oğlu Kamran Kərimov təsdəqləyib.
Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi
Şərhlər