Yapon robotlar Froisin və Yukirin toyu olub - VİDEO

29.06.2015 12:45     Sosreaksiya     2479

Texnologiya həvəskarlarının illərdir gözlədiyi an gəlib çatıb. Yaponiyada  iki robot dünən evləniblər. Dünyada ilk dəfə həyata keçirilən bu mərasimdə şahidlik etmək istəyənlər də adam başı 81 dollar ödəmək məcburiyyətində qalıblar.

Art firması Maywa Denkinin yaratdığı kürəkən Frois və pop ulduzu Yuki Kaşiwagidən ilhamlanaraq bir Android olan gəlin Yukirin tarixə keçəcək bir toyla evləniblər.

Nikah isə Yapon texnologiya nəhəngi SoftBankın yaratdığı və duyğuları olan ilk robot Pepper tərəfindən qıyılıb.

Evləndikdən sonra toy tortunu kəsən “cütlük”, bir-birini öpməyi də unutmayıb.

Şərhlər

Çox oxunanlar