Azərbaycanda nəqliyyat tarifləri artırılacaqmı?
20.01.2016 14:25 Sosreaksiya 1881
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyatda gediş haqqı tariflərinin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.
"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, nazir müavini jurnalistlərə bildirib ki, Azərbaycan ərazisində nəqliyyatda gediş haqqı tariflərinin artırılması barədə Tarif (qiymət) Şurasına müraciət olunmayıb.
Onun sözlərinə görə, qiymətlərin artırılması məsələsi gündəmdə deyil.
Şərhlər