Lerikdə meşə yanğını olub

20.01.2016 15:23     Sosreaksiya     2053

Bu gün saat 9 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-cı kvartalında yanğın hadisəsi baş verib.

"Reaksiya" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Nazirliyin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində  söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib. 

Şərhlər