Külək Daşkəsəni bu hala saldı

20.01.2016 15:58     Sosreaksiya     2117

Yanvarın 19-da gecə saatlarında Daşkəsən rayonunda qarla müşayiət olunan güclü külək nəticəsində şəhərin çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik təsərrüfatına ziyan dəyib.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, külək şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasının dam örtüyünü də uçurub.

Rayon rəhbərliyi Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirib, sakinlərlə görüşüb. Baş vermiş təbii fəlakətin nəticələrinin tez bir zamanda daxili imkanlar hesabına aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur.

Külək Daşkəsəni bu hala saldı

Külək Daşkəsəni bu hala saldı

Külək Daşkəsəni bu hala saldı

Külək Daşkəsəni bu hala saldı

Külək Daşkəsəni bu hala saldı

Şərhlər