Olimpiya Stadionunun tikintisində iştirak edən şirkət ləğv olundu
21.01.2016 10:43 Sosreaksiya 1920
“Anel Telekomünikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı ləğv olunub.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Vergilər qəzetindən verilib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 21, mənzil 41 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 18 ay ərzində Bakı Olimpiya Stadionunda elektrik və mexanika işlərini görüb.
Şərhlər